09:45 20-10-2011
news_image
1486
DÖYÜŞ NÖVLƏRİ

Məcidov Dağıstanda milli qəhrəman kimi qarşılandı

Bakıda keçirilən boks üzrə dünya çempionatında superağır çəkidə qızıl medal qazanan Məhəmmədrəsul Məcidov anadan olduğu Dağıstanın Akuşinsk rayonunda böyük coşqu ilə qarşılanıb. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvünü rayonun girəcəyində xeyli sayda insan qarşılayıb.

Bundan sonra şadyanalıq yerli administrasiyanın binası önündəki meydanda davam etdirilib. Akuşinsk rayonunun icra başçısı Məhəmməd İsmayılov və digər rəsmi şəxslər çıxış edərək, Məcidovun dünya çempionatında parlaq qələbə qazandığını qeyd ediblər. Boksçumuzun 2012-ci ildə Londonda keçiriləcək növbəti Olimpiya oyunlarında da uğurla çıxış edəcəyinə əminlik ifadə olunub. Məhəmməd İsmayılov rayon sakinləri adından Məhəmmədrəsul Məcidova “Lada Priora” avtomobilinin açarlarını təqdim edib.

Qeyd edək ki, boksçumuzun atası Yusup Məcidov milli idman növləri üzrə dəfələrlə Dağıstan və Şimali Qafqaz çempionu olub.