13:06 21-10-2011
news_image
1078
DÖYÜŞ NÖVLƏRİ

MDB rəsmiləri Taekvondo Federasiyasında - FOTOSESSİYA

Bakıda səfərdə olan MDB və Baltikyanı ölkələri milli olimpiya komitələrinin rəhbərləri idman obyektləri ilə tanış olmaq məqsədilə Azərbaycan Taekvondo Federasiyasında olublar. Apasport.az saytının məlumatına görə, idman zalında milli komandamızın məşqini izləyən qonaqlara daha sonra federasiyada görülən işlər və idmançılarımızın qazandığı uğurlar barədə məlumat verilib.

Bütün bu müvəffəqiyyətlərin əldə olunmasında Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərovun böyük əməyinin olduğu xüsusi qeyd edilib. Bildirilib ki, məhz federasiya prezidentinin qayğısı nəticəsində taekvondoçularımız beynəlxalq səviyyəli yarışlarda bir sıra yüksək nəticələr əldə ediblər.

Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayev qonaqlara deyib ki, taekvondoçularımızın təlim- məşqlərdə ustalıqlarını artırması, onların istirahəti və asudə vaxtının səmərəli keçirilməsi üçün hər bir şərait yaradılıb. Bundan başqa, ölkədə digər idman növləri ilə yanaşı, taekvondoya da diqqət ayrıldığı bildirilib. O da vurğulanıb ki, bu cür şərait idmançıların daha böyük uğurlar qazanmasına imkan verir. Öz növbəsində qonaqlar yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.