13:12 23-10-2011
news_image
1642
DİGƏR NÖVLƏR

APASPORT.AZ “Hilton”da mükafatlandırılacaq

Oktyabrın 24-dən 27-dək Bakıda Avropa İdman Jurnalistləri İttifaqı (UEPS) İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Apasport.az saytının xəbərinə görə, UEPS rəhbərliyi tədbir çərçivəsində paytaxtımızda bir sıra idman qurğuları ilə tanış olacaqlar. Qonaqların səfər çərçivəsində ölkəmizdə bir sıra rəhbər şəxslərlə görüşü, Gənclər və İdman Nazirliyində, Milli Olimpiya Komitəsində qəbulu da nəzərdə tutulub.

Eyni zamanda Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) 2010-cu il üçün müxtəlif nominasiyalar üzrə qalib elan etdiyi jurnalistlərə mükafatların verilməsi məhz Avropa media nümayəndələrinin iştirakı ilə reallaşacaq.

Qeyd edək ki, AİJA “APASPORT”u 2010-cu ilin yaxşı idman portalı seçib.

“Hilton” otelində düzənlənəcək UEPS İcraiyyə Komitəsinin iclasında qurumun gündəliyinə əsasən, bu ilin yekunları, növbəti ilə dair iş planı və digər məsələlər müzakirə olunacaq.

İcraiyyə Komitəsinin 12 üzvündən biri həmyerlimiz, AİJA prezidenti Eldar İsmayılovdur. Onun ötən il bu mötəbər beynəlxalq jurnalist təşkilatında belə etimad qazanması, Azərbaycan mətbuatı tarixində ilk və hələlik yeganə hadisədir.