08:42 25-10-2011
news_image
817
STOLÜSTÜ OYUNLAR

Həşimov və Rəcəbov yeni ilə Hollandiyada start verəcək

Hollandiyanın Veyk-an-Zee şəhərindən ənənəvi keçirilən beynəlxalq turnirin iştirakçılarının adları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2012-ci il yanvarın 14-29-da baş tutacaq yarışa Azərbaycanlı qrossmeysterlərdən Vüqar Həşimov (2756) və Teymur Rəcəbov (2752) da qatılacaqlar.

Turnirdə zəka sahiblərimizin rəqibləri bunlardırlar: Maqnus Karlsen (Norveç, 2823), Levon Aronyan (Ermənistan, 2807), Sergey Karyakin (Rusiya, 2772), Veselin Topalov (Bolqarıstan, 2768), Vasili İvançuk (Ukrayna, 2765), Qata Kamski (2756), Hikaru Nakamura (hər ikisi ABŞ, 2753), Boris Gelfand (İsrail, 2746), Aniş Qiri (2722), Lyuk Van Veli (hər ikisi Hollandiya, 2689), Fabiano Karuana (İtaliya, 2712) və David Navara (Çexiya, 2705).