10:43 26-10-2011
news_image
1047
DÖYÜŞ NÖVLƏRİ

2 cüdoçumuz Londona dəvət edildi

Dekabrın 3-4-də Londonda cüdo üzrə Olimpiya test turniri keçiriləcək. Apasport.az saytının məlumatına görə, təşkilatçılar Azərbaycan milli komandasının üzvlərindən 2 idmançını bu mötəbər yarışa dəvət ediblər.
Ağayar Axundzadənin yetirmələrindən Elxan Məmmədov (90 kq) və Kifayət Qasımova (57 kq) 2012-ci ildə keçiriləcək Olimpiadanın baş tutacağı məkanda nəyə qadir olduqlarını göstərəcəklər.

Qeyd edək ki, turnir mini-formatda – 7 deyil, 4 çəki (2 kişi, 2 qadın) dərəcəsində olacaq.