14:50 26-10-2011
news_image

Taekvondoçularımız Xorvatiyaya yollanır

Noyabrın 4-7-də taekvondo üzrə Xorvatiyanın açıq çempionatında iştirak edəcək kişilərdən ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamız səfərə 7 idmançı ilə yollanacaq.

Millimizin baş məşqçisi Ələkbər İmaməliyev turnirdə Fariz Əliyev (68 kq), Elvin Məmmədov, İlkin Şahbazov (hər ikisi 74 kq), Ramin Əzizov, Bayraməli Vəliyev (hər ikisi 80 kq), Fərid Tağızadə (87 kq) və Təvəkkül Bayramova (+87 kq) güvənəcək.

Qeyd edək ki, komandamız səfərə noyabrın 3-də gedəcək.