23:04 28-10-2011
news_image
1369
DÖYÜŞ NÖVLƏRİ

Var gücü ilə

Milli komandamızın boksçusu Heybətulla Hacəliyev əməliyyat olunub. Bu haqda apasport.az saytına açıqlama verən idmançının sözlərinə görə, hazırda özünü yaxşı hiss edir və artıq yüngül məşqlərə başlayıb.

O bildirib ki, əsas məqsədi köhnə zədələrini sağaldıb, var gücü ilə London olimpiadasına hazırlaşmaqdır: “Ötən ay Bakıda keçirilmiş dünya çempionatında London olimpiadasına lisenziya qazandım. Qarşıda hazırlaşmağa xeyli zaman var. İndi bütün əyər-əskikləri yoluna qoymalıyam ki, sonradan rahat şəkildə məşqlərə başlayım”.

Hacəliyevin sözlərinə görə, dünya çempionatından öncəki təlimlərdə burnunu sındırıb. O üzdən əməliyyat olunmaq məcburiyyətində qalıb.

KAMRAN