19:00 31-10-2011
news_image
977
STOLÜSTÜ OYUNLAR

Yığmamız əlavə göstəricinin güdazına getdi

Türkiyənin Kocaeli şəhərində şahmat üzrə keçirilən 16 yaşadək oğlanlar arasında şahmat olimpiadası başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının mükafatçılar sırasında yer almaq şansı yüksək olsa da, rəqiblərimizin qələbəsi ən azından üçüncü olmağımıza mane olub.

Belə ki, 26 komandanın iştirak etdiyi yarışın son turunda Türkiyə (Ağlar) yığmasına 4:0 hesabı qalib gələn zəka sahiblərimiz yekunda 4-cü yeri tutublar. Düzdür, onlar İran şahmatçıları ilə eyni xal toplayıblar – 27,5. Lakin əlavə göstəricilərə cənub qonşularımız təmsilçilərimizi qabaqlayaraq, bürünc medala sahib olublar. İlk 2 pilləyə isə Rusiya (30 xal) və Ermənistan (28,5 xal) yığmaları yiyələniblər.