09:45 01-11-2011
news_image
970
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov finalda uduzdu

Korsika adasının paytaxtı Ayaçço şəhərində keçirilən şahmat üzrə “Korsika masters” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın final görüşündə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov hindistanlı dünya çempionu Vişvanatan Anand qarşılaşıblar.

Təəssüf ki, bu oyuna kimi uğurlu çıxışı ilə yadda qalan həmyerlimiz həlledici matçda məğlubiyyətlə barışıb. Nəticədə Məmmədyarov turniri ikinci pillədə başa vurub.