11:50 01-11-2011
news_image
909
DİGƏR NÖVLƏR

Camal Rəhimov Qran-pri turnirin qalibi oldu

Bakıda keçirilən CSİ-3* kateqoriyalı beynəlxalq atçılıq turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 2012-ci ildə baş tutacaq London Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirin son günündə Qran-pri yarışları keçirilib.

Turnirdə azərbaycanlı çaparlarla yanaşı, Gürcüstan, Fransa, Hollandiya, Ukrayna, Qazaxıstan, Rusiya və Polşadan olan idmançılar da iştirak ediblər. Azərbaycan bu yarışa 7 at və 4 idmançı ilə qatılıb. Polşa, Gürcüstan və Fransa 2 at 1 idmançı, Qazaxıstan və Türkiyə isə hərəyə 1 at və 1 idmançı ilə nəyə qadir olduqlarını nümayiş etdiriblər.

Ümumi mükafat fondu 156 min dollar olan yarışın son günü çaparlar 78 min ABŞ dolları uğrunda mübarizə aparıblar. Turnirin qalibi adını həmyerlimiz Camal Rəhimov qazanıb. O, “Platin” ləqəbli atla bütün rəqiblərini qabaqlamağı bacarıb. İkinci pilləni “Kalinka MNM” ləqəbli atla polşalı Aleksandra Lusina tutub. Digər həmyerlimiz Hikmət Musayev isə “Light Limerik” ləqəbli atla Qran-Prini üçüncüsü pillədə başa vurub.

Qeyd edək ki, Binə Atçılıq Mərkəzində baş tutan yarış Ölkəmizin müstəqilliyinin 20 illiyinə həsr olunmuşdu.