11:44 01-11-2011
news_image
3719
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycanlı dünya çempionunu İnterpol axtarır – FOTO

Azərbaycanın əlil cüdoçusu, əlil cüdoçular arasında dünya çempionu Razi Səfərov beynəlxalq axtarışa verilib. Lent.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər Nərimanov rayon Məhkəməsi 1981-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olmuş Razı Səfərovu Cinayət Məcəlləsinin 320-ci (sənədlərin saxtalaşdırılması) maddəsi ilə təqsirli bilib və onu axtarışa verib.

Həm Rusiya, həm də Azərbaycan vətəndaşlığı olan Razi Səfərov hazırda Rusiyada yaşayır.

Bir müddət əvvəl R.Səfərov Türkiyə vətəndaşlığını da almaq üçün bu ölkəyə müraciət edib. Lent.az-ın məlumatına görə, Türkiyəyə siyasi sığınacaq üçün müraciət edən və qardaş ölkənin vətəndaşlığını almaq istəyən azərbaycanlı cüdoçuya rədd cavabı verilib.

Qeyd edək ki, 30 yaşlı dünya çempionu görmə qabiliyyətini 5 il öncə itirib. O, əlil olmamışdan öncə Rusiya yığmasında çıxış edib. İdmançı 1,5 il öncə “Kocaeli Büyükşehir Belediyesi Kağıtspor”a transfer olaraq, paralimpiyaçı cüdoçulardan ibarət Türkiyə yığmasında sınaqçı-rəqib kimi iştirak edib. Səfərovun dünya çempionluğundan əlavə, bir sıra beynəlxalq nailiyyətləri var. Cüdoçu B3 (az görən) kateqoriyasında 100 kq-dan artıq çəkidə mübarizə aparır.