15:05 01-11-2011
news_image

2 boksçumuz reytinq siyahısında birinci yerdədir

Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) dünya çempionatının yekununa əsasən yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan idmançılarından ikisi – Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) öz çəkilərində birinci yerdədirlər.

Onlardan fərqli, dünya çempionatında uğursuz çıxış edən Salman Əlizadə 1-ci sıradakı mövqeyini əldən verib. Millimizin üzvü 49 kq çəki dərəcəsi olan boksçular arasında 2-ci yerə enib. London Olimpiadasına lisenziya qazanan Elvin Məmişzadə (52 kq) 3-cü pillədədir. 56, 69 və 81 kq çəki dərəcələrində reytinq cədvəlində Azərbaycanın heç bir boksçusu yoxdur.