11:42 02-11-2011
news_image
1094
DÖYÜŞ NÖVLƏRİ

Samir Məmmədov yenidən Azərbaycan yığmasında

Noyabrın 24-də Rusiyanın Surqut şəhərində neft ixrac edən ölkələrin boksçuları arasında Dünya Kuboku start götürəcək. Boks federasiyasından apasport.az saytına verilən xəbərə görə, həmyerlimiz - Sibirdə ilk dəfə neftin olmasını kəşf edən Fərman Salmanovun xatirəsinə həsr edilən turnirdə Azərbaycan həm kişilərdən, həm də qadınlardan ibarət komanda ilə təmsil olunacaq.

Məşqçilər korpusu bu dəfə daha çox ehtiyat qüvvəni yoxlamağı qərara alıb. Bununla belə, heyətə bir sıra təcrübəli idmançılar da daxil edilib. Kişilərin turnirində 10 boksçumuz iştirak edəcək. 56 kq çəki dərəcəsində iki idmançımız – Məhəmməd Abdulhəmidov və Dünya və Avropa çempionatının mükafatçısı, Pekin Olimpiadasının iştirakçısı Samir Məmmədov mübarizə aparacaq.

Bundan başqa, heyətə London Olimpiadasına WSB liqasından vəsiqə qazanan Soltan Migitinov, eləcə də, bu il gənclər arasında Avropa çempionu olmuş Pərviz Bağırov da daxil edilib.

Qadınların yarışında ölkəmizi 3 boksçu – Ayzanat Hacıyeva (60 kq), Yelena Vıstropova (75 kq) və Leyla Cavadova (81 kq) təmsil edəcək.

Kişilərdən ibarət yığma komandamızın heyətində isə Cavid Çələbiyev (52 kq), Məhəmməd Abdulhəmidov, Samir Məmmədov (56 kq), Nurlan Məmmədov (60 kq), Pərviz Bağırov (64 kq), Ramal Amanov (69 kq), Soltan Migitinov (75 kq), Fərid Ağayev (75 kq), Abdulqadir Abdullayev (91 kq) və İlqar Allahverdiyev (91+kq) yer alıblar.