22:25 03-11-2011
news_image
3512
STOLÜSTÜ OYUNLAR

İtaliyanı udub, Gürcüstana uduzduq - YENİLƏNİB

Yunanıstanın Porto Karras şəhərində şahmat üzrə komandalararası Avropa çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, bu mötəbər yarışda qüvvələrini sınayan Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları startda fərqli nəticələr göstəriblər.

Belə ki, kişilərdən ibarət komandamız I turda İtaliya yığması ilə qarşılaşıb. Vladimir Tukmakovun yetirmələri qitənin ən mötəbər turnirinə qələbə ilə başlayıblar. Ukraynalı kapitan psixoloji amili əsas götürərək, birinci matçda əsas heyətə üstünlük verib və komandamız 2,5:1,5 hesabı qalib gəlib.

Təəssüf ki, onların uğurlarını qadınlardan ibarət millimiz davam etdirə bilməyib. Gürcüstan şahmatçıları ilə qarşılaşan Fikrət Sideyfzadənin yetirmələri 1,5:2,5 hesabı ilə uduzublar.

I tur

Kişilər
AZƏRBAYCAN – İTALİYA - 2,5:1,5
Teymur Rəcəbov (2781) – Fabiano Karuana (2727) - 0,5:0,5
Vüqar Həşimov (2757) – Miçel Qodina (2548) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (2733) – Sabino Brunello (2575) - 1:0
Qədir Hüseynov (2636) – Aksel Rombaldoni (2459) - 0,5:0,5

Qadınlar
AZƏRBAYCAN – GÜRCÜSTAN - 1,5:2,5
Lela Javaxişvili (2475) – Zeynəb Məmmədyarova (2314) - 0:1
Nazi Paykidze (2422) – Nərmin Kazımova (2241) - 1:0
Nino Xurtsidze (2440) – Gülnar Məmmədova (2290) - 1:0
Salome Meliya (2392) – Türkan Məmmədyarova (2277) - 0,5:0,5

Qeyd edək ki, 9 turdan ibarət çempionatın qalibi noyabrın 11-də müəyyənləşəcək.