Porto Karrasda Azərbaycan - Ermənistan qarşılaşması
Yunanıstanın Porto Karras şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatında bu gün II tur oynanılacaq. Apasport.az saytının məlumatına görə, ilk turda İtaliyanı məğlub edən Azərbaycanın kişilərdən ibarət milli komandası Ermənistanla, Gürcüstana uduzan zəriflərimiz isə Litva ilə qarşılşacaq.