22:30 04-11-2011
news_image
3979
STOLÜSTÜ OYUNLAR

Yığmamız erməniləri məğlub etdi - YENİLƏNİB

Yunanıstanın Porto Karras şəhərində şahmat üzrə komandalararası Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycanın kişilərdən ibarət milli komandası yarışın ikinci oyun günündə Ermənistanla, zəriflərimiz isə Litva ilə üz-üzə gəlib.

Komandamızın kapitanı Vladimir Tukmakov ermənilərə qarşı İtaliyanı məğlub etdiyimiz heyəti çıxarıb. Belə ki, Teymur Rəcəbov ilk turda olduğu kimi, I lövhədə yenə heç-heçə ilə kifayətlənib. O, bu dəfə Levon Aronyanla xalları yarı bölüb. III lövhədə yer alan Şəhriyar Məmmədyarov isə Vladimir Akopyanla “sülh”ə razılaşıb. Qədir Hüseynov isə Qabriel Sarkisyanı mat qoyub. Həmyerlimiz IV lövhədə rəqibini üstələməklə, komandamızı hesabda önə çıxarıb. Millimizin heyətində ən gec yenə Vüqar Həşimovun partiyası başa çatıb. Buna baxmayaraq, şahmatçımız II lövhədə Sergey Movsesyanı məğlub etməklə, yığmamıza 3:1 hesablı qələbə qazandırıb.

II tur

Kişilər

ERMƏNİSTAN - AZƏRBAYCAN - 1:3
Levon Aronyan (2802) - Teymur Rəcəbov (2781) - 0,5:0,5
Sergey Movsesyan (2710) - Vüqar Həşimov (2757) - 0:1
Vladimir Akopyan (2681) - Şəhriyar Məmmədyarov (2733) - 0,5:0,5
Qabriel Sarkissyan (2671) - Qədir Hüseynov (2636) - 0:1

Fikrət Sideyfzadənin baş məşqçisi olduğu qadınlardan ibarət komandamız isə yenə qələbə qazana bilməyib. İlk turda Gürcüstana uduzan (1,5:2,5) zəriflərimiz Litva ilə dueldən bərabərliklə ayrılıb.

Qadınlar

AZƏRBAYCAN - LİTVA - 2:2
Zeynəb Məmmədyarova (2314) – Deymante Daulite (2238) - 1:0
Gülnar Məmmədova (2290) - Salomeya Zaksayte (2200) - 0:1
Türkan Məmmədyarova (2277) – Dominika Batkovskite (2102) - 0:1
Nərgiz Umudova (2210) - Qiedre Vanaqayte (1958) - 1:0

Qeyd edək ki, yarışa noyabrın 11-də yekun vurulacaq.