00:00 06-11-2011
news_image
817
STOLÜSTÜ OYUNLAR

Millimiz İspaniya yığması ilə üz-üzə

Yunanıstanın Porto Karras şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatında bu gün növbəti oyunlar keçiriləcək. Apasport.az saytının xəbərinə görə, Azərbaycan yığmasının IV tur çərçivəsində rəqibləri bəlli olub.

Belə ki, kişilərdən ibarət komandamız İspaniya ilə qarşılaşacaq. Qadınlarımızın rəqibi isə xorvatiyalı zəka sahibləri olacaq.

Xatırladaq ki, 3 turdan sonra kişi komandamız 38 komanda arasında 1-ci, zəriflərimiz isə 28 komanda arasında 25-ci yerdədir.