09:54 08-11-2011
news_image
1296
STOLÜSTÜ OYUNLAR

Yığmamız Fransaya uduzmadı

Yunanıstanın Porto Karras şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatı davam edir. Apasport.az saytının xəbərinə görə, yarışın V turu keçirilib.

Kişilərdən ibarət Azərbaycan milli komandası Fransa ilə bütün partiyaları heç-heçə başa buraraq xal itkisinə üzülüb. Bu heç-heçədən sonra komandamız 8 xalla 3-cü pillədə qərarlaşıb. Komandamız bu gün 10-cu pillədə qərarlaşan Rusiya ilə görüşəcək.







V tur

Kişilər

AZƏRBAYCAN – FRANSA - 2:2
Teymur Rəcəbov (2781) – Etyen Bakro (2714) - 0,5:0,5
Vüqar Həşimov (2756) – Maksim Vaşyer-Laqrav (2710) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (2731) – Loran Fressiner (2700) - 0,5:0,5
Eltac Səfərli (2630) – Kristian Bauer (2641) - 0,5:0,5

Qadınlar

Qadınlardan ibarət komandamız isə “qara zolaq”dan çıxdıqdan sonra ardıcıl 2-ci qələbəsini qazanıb. Millimiz Xorvatiyanın ardından zəif Çernoqoriyanı darmadağın edib. Hesabında 5 xal olan millimiz hazırda 13-cü pillədə yer alıb. Komandamız bu gün İsraillə görüşəcək.

AZƏRBAYCAN – ÇERNOQORİYA - 4:0
Zeynəb Məmmədyarova (2314) – Yovanna Vojinoviç (2346) - 1:0
Nərmin Kazımova (2241) – Aıellsandra Miloviç (2171) - 1:0
Gülnar Məmmədova (2290) – Mariya Stoyanoviç (2095) - 1:0
Türkan Məmmədyarova (2277) – Tijaan Blaqoyeviç (1925) - 1:0