17:40 08-11-2011
news_image
1804
DİGƏR NÖVLƏR

Yapon qızları Bakının 1 addımlığında

16 yaşadək qızlar arasında Asiya çempionatının final mərhələsində 3-cü tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, gələn il Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsinə seçmə xarakteri daşıyan qitə birinciliyində ilk turları 3 vəsiqəyə 4 namizədin olduğunu göstərib.

Belə ki, 6 komandanın iştirakı ilə keçirilən və dairəvi sistemlə oynanılan final mərhələsində ilk “üçlüy”ə düşənlər həm mükafat qazanacaq, həm də Bakıda oynamaq imkanı əldə edəcək. Keçirdiyi hər 3 matçda uduzan Avstraliya və Tailand yığmaları mundial ümidlərini demək olar ki heçə endirib. Əvəzində 3 qələbəsi olan Yaponiya Azərbaycana gəlməyə əsas namizəd sayılır. Bakının 1 addımlığında olan yapon qızları heç qapılarından qol da buraxmayıblar. Digər 3 iddialı – Çin, Cənubi Koreya və KXDR isə hərəyə 6 xal toplayıblar.

1Yaponiya330014-09
2KXDR32015-16
3Çin320111-36
4Cənubi Koreya32017-46
5Tailand30030-210
6Avstraliya30030-80