09:57 09-11-2011
news_image
1002
DÖYÜŞ NÖVLƏRİ

Elvin Məmmədov Xorvatiyada ən yaxşı seçildi

Azərbaycanın taekvondo üzrə milli komandası Xorvatiya açıq çempionatında (“Croatia open”) 5 medala sahib olub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Ələkbər İmaməliyevin rəhbərliyi altında Zaqrebə yollanan 14 taekvondoçumuzdan ikisi qızıl medal qazanıb.

London Olimpiadasına lisenziyanı təmin etmiş Fəridə Əzizova (67 kq) finalda Elin Johanssona (İsveç), Elvin Məmmədov (74 kq) isə Əlireza Əziziyə (İran) qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Fariz Əliyev (68 kq) yalnız finalda Filip Qrqiçə (Xorvatiya) məğlub olaraq, turnirin gümüş medalçısı olub. Bundan başqa, Xəyalə Quliyeva (46 kq) və Təvəkkül Bayramov (+87 kq) bürünc qazanıblar.

Qeyd edək ki, taekvondoçumuz Elvin Məmmədov yarışın ən texnikalı döyüşçüsü adına layiq görülüb.