10:31 10-11-2011
news_image

“Baku Fires” Çin klubu ilə görüş üçün heyətini açıqladı

Noyabrın 12-də Azərbaycanın “Baku Fires” klubu Dünya Boks Seriyasının (WSB) 2011/2012 mövsümün ilk matçını keçirəcək. Apasport.az saytının məlumatına görə, rəqibimiz Çinin “Wuxi Dragons” komandası olacaq. Artıq hər 2 klubun baş məşqçiləri heyəti açıqlayıb.

“Baku Fires” – “Wuxi Dragons”

54 kq
Məhəmməd Əbdülhəmidov (Azərbaycan) – Yuyu Du (Çin)

61 kq
Mədadi Naqzibəyov (Tacikistan) – Jenqjia Denq (Çin)

73 kq
Heybulla Mürsəlov (Azərbaycan) – Vey Liu (Çin)

85 kq
Ramazan Məhəmmədov (Azərbaycan) – Yunlonq Şi (Çin)

+91 kq
Əbdülqədir Abdullayev (Azərbaycan) - Cozef Parker (Yeni Zelandiya)

Qeyd edək ki, “Baku Fires” – “Wuxi Dragons” görüşü saat 19:00-da “Sərhədçi” Olimpiya idman mərkəzində start götürəcək.