17:56 11-11-2011
news_image

Yığmamız Bolqarıstanla 2 dəfə görüşəcək

Noyabrın 2-dən 13-dək Rusiyanın paytaxtı Moskvada keçiriləcək Avropa Millətlər Kuboku turnirində püşkatma mərasimi keçirilib. Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərovun apasport.az saytına verdiyi məlumata görə, sərbəst güləş üzrə yığma komandamız A qrupunda Bolqarıstan və Belarus yığmaları ilə mübarizə aparacaq. B qrupunda isə Rusiya, Gürcüstan və Türkiyə pəhləvanları qarşılaşacaq.
Yunan-Roma güləşi üzrə yığma komandaların yarışında isə Rusiya, Türkiyə və Belarus A qrupunda, Azərbaycan, Ukrayna və Bolqarıstan isə B qrupunda yer alıb. Göründüyü kimi, hər 2 güləş yığmamız Bolqarıstana rəqib olub.