11:43 14-11-2011
news_image

Yığmamız 100 min dollarlıq turnirdə

Noyabrın 19-da Hollandiyanın paytaxtı Amsterdamda cüdo üzrə Qran-Pri turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışa Azərbaycan milli komandası 4 cüdoçu ilə yollanacaq.
Yığmamızın baş məşqçisi Ağayar Axundzadə turnirdə Elxan Rəcəbli (81 kq), Elmar Qasımov (100 kq), Emil Tahirov (+100 kq) və Kifayət Qasımovanı (57 kq) sınayacaq.

Qeyd edək ki, turnirin mükafat fondu 100 min dollardır.