01:40 16-11-2011
news_image

İstanbul Bosphorus – Baku Fires: Heyətlər məlumdur

Noyabrın 18-də İstanbulun Əhməd Cömərt İdman salonunda Ümumdünya Boks Seriyasının (WSB) 2-ci turun matçında növbəti döyüşlər keçiriləcək. Apasport.az saytının xəbərinə görə, Azərbaycanın Baku Fires komandası həmin gün Türkiyənin İstanbul Bosphorus komandası ilə qarşılaşacaq. Gorüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Komandaların heyətləri artıq məlumdur:

İstanbul Bosphorus - Baku Fires
54 kq. Murat Temur (Türkiyə) – Qairbek Qermaxanov (Azərbaycan)
61 kq. Bunyamin Aydın (Türkiyə) – Semyon Qrivaçyov (Azərbaycan)
73 kq. Caba Xositaşvili (Gürcüstan) – Məhəmməd Nurudzinov (Belarus)
85 kq. Sardor Beqaliyev (Özbəkistan) – Azamat Murtuzəliyev (Azərbaycan)
+91 kq. Viktor Zuyev (Belarus) – Hacı Murtuzəliyev (Azərbaycan)

Baku Fires İstanbula noyabrın 16-da yola düşəcək.

Qairbek Qermaxanov, Azamat Murtuzəliyev və Hacı Murtuzəliyev Türkiyadə Baku Fires-ın heyətində ilk döyüşlərini keçirəcəklər. Semyon Qrivaçyov üçün bu artıq dördüncü matç olacaq. Ötən mövsümdə o iki qələbə qazanıb, bir dəfə məğlub olub. Məhəmməd Nurudzinov isə dörd döyüş keçirib və üç dəfə qalib qəlib.

İstanbul Bosphorus-un heyətində Avro-2011-in bürünc mükafatçısı Caba Xositaşvili və 2004-cü ilin Olimpiya Oyunlarında 2-ci yeri tutan Viktor Zuyevi qeyd etmək olar.

1-ci turda İstanbul Bosphorus və Baku Fires fərqli nəticələr əldə ediblər. Baku Fires evdə Çinin Wuxi Dragons klubunu 5:0 hesabla darmadağın edibsə, Istanbul Bosphorus Fransada keçmiş mövsümün finalçısı Paris United komandasına uduzub - 2:3. Qrupumuzun digər matçında Almaniyanın Leipzig Leopards klubu Mexico City Guerreros üzərində 4:1 hesablı qələbə qazanıb.