09:56 16-11-2011
news_image

Yığmamız “Suvon”la yoxlama görüşü keçirəcək

Azərbaycanın qadınlardan ibarət taekvondo üzrə milli komandası Cənubi Koreya Respublikasına növbəti təlim-məşq toplanışına yola düşüb. Taekvando Federasiyasından apasport.az saytının məlumatına görə, koreyalı baş məşqçi Sun Mi Parkın rəhbərliyi altında hazırlığa yollanan heyətə yığmanın beş üzvü qatılıb. Bunlar Xəyalə Quliyeva (46 kq), Türkanə Tahirli (49 kq), Səbinə Mikayılova, Günay Ağakişiyeva ( hər ikisi 57 kq) və London Olimpiadasına lisenziya qazanan Fəridə Əzizovadır (67 kq).
Taekvondoçularımız Kongi şəhərində 18 günlük toplanışda “Suvon” klubu, eləcə də, “Kyunqhi”, “Yongil” universitetlərinin komandaları ilə hazırlıq və yoxlama görüşləri keçirəcək.

Dekabrın 4-də vətənə dönəcək idmançılarımız, bir həftə sonra Fransaya, “Paris Open” beynəlxalq turnirinə yollanacaq.