19:00 17-11-2011
news_image
1141
DÖYÜŞ NÖVLƏRİ

Elnur Məmmədli dünyanın ən güclülərinin yarışında

Azərbaycanlı olimpiya çempionu Elnur Məmmədov Qazaxıstana yollanacaq. 2008-ci il Pekin Olimpiadasının qalibi olan cüdoçu apasport.az saytına açıqlamasında dünyada ən güclü həmkarları ilə görüşəcəyini bildirib. İspaniyadan qayıdan Elnur Orta Asiyada fərdi yarışda qüvvəsini sınayacaq: “İspaniyanın Malaqa şəhərindəki təlim-məşq toplanışından qayıtmışıq. Məşqlər yaxşı, hətta deyərdim yüksək səviyyədə keçdi. İlin axırında Qazaxıstanda “Masters” seriyalı turnir olacaq. Həmin turnirdə dünyanın 16 ən güclü cüdoçusu qüvvəsini sınayacaq. Turnirdə mən də güləşəcəyəm”.