13:01 18-11-2011
news_image
1068
DİGƏR NÖVLƏR

Azərbaycan prezidenti Qəbələ Olimpiya İdman Kompleksinin açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev Qəbələ Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. APA-nın məlumatına görə, dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Gənclər və idman naziri Azad Rəhimov prezidentin diqqətinə çatdırıb ki, şəhərin mərkəzində yerləşən kompleksin tikintisinə 2007-ci ildə başlanılıb. Yüksək səviyyədə aparılmış tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb.

İkimərtəbəli kompleksdə idman zalı, üzgüçülük hovuzu, trenajor zalları, yeməkxana, məşq zalları, tennis kortu, mini futbol, basketbol və voleybol meydançaları, kotteclər var. Kompleks Qəbələdə idmanın müxtəlif sahələrinin müasir standartlar səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunub.

Qəbələ Olimpiya İdman Kompleksində yaradılmış şəraiti yüksək qiymətləndirən dövlət başçısı tapşırıq və tövsiyələrini verib.