11:39 19-11-2011
news_image

“Baku Fires”dən 2-ci qələbə

İstanbulun Əhməd Cömərt İdman salonunda Ümümdünya Boks Seriyasının (WSB) 2-ci turun matçında Türkiyənin “İstanbul Bosphorus” və Azərbaycanın “Baku Fires” komandaları qarşılaşıblar. Apasport.az saytının məlumatına görə, 5 döyüş nəticəsində qələbəni Fires qazanıb – 3:2. Bu qələbədən sonra təmsilçimiz I pillədə möhkəmlənib.


“Istanbul Bosphorus” – “Baku Fires”

54 kq. Murat Temur (Türkiyə) – Qairbek Qermaxanov (Azərbaycan) – 4-cü raundda Qermaxanov texniki nokautla qalib gəlib
61 kq. Bunyamin Aydın (Türkiyə) – Semyon Qrivaçyov (Azərbaycan) – 46:49, 46:49, 46:49
73 kq. Caba Xositaşvili (Gürcüstan) – Məhəmməd Nurudzinov (Belarus) – 48:47, 49:46, 49:46
85 kq. Sardor Beqaliyev (Özbəkistan) – Azamat Murtuzəliyev (Azərbaycan) – 46:49, 47:48, 46:49
+91 kq. Viktor Zuyev (Belarus) – Hacı Murtuzəliyev (Azərbaycan) – 50:45, 50:45, 50:45

Turnir cədvəli:

Baku Fires – 6 xal, döyüşlərin fərqi – 8-2 (2 matçdan sonra)
Leipzig Leopards – 3, 4-1 (1)
Paris United – 3, 3-2 (1)
Istanbul Bosphorus – 2, 4-6 (2)
Mexico City Guerreros – 0, 1-4 (1)
Wuxi Dragons – 0, 0-5 (1)

Noyabrın 19-da «V» qrupunda daha iki matç baş tutacaq: Wuxi Dragons (Çin) - Leipzig Leopards (Almaniya), Mexico City Guerreros (Meksika) - Paris United (Fransa).