10:17 21-11-2011
news_image

Yığmamız Avropa çempionatında 20-yeri tutdu

Rusiyanın Tümen şəhərində keçirilən 23 yaşadək gənclər arasında cüdo üzrə Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa 9 idmançı ilə yollanan Azərbaycan milli komandası ilk gündə qazandığı bir bürünc medalın ardını gətirə bilməyib.

Nəticədə yığmamız 37-ci ölkə arasında 20-ci yeri tutub.

Qeyd edək ki, yeganə medalı komandamıza Vüqar Şirinli (60 kq) qazandırmışdı.