10:42 21-11-2011
news_image

Hollandiyada fiasko

Hollandiyanın paytaxtı Amsterdamda keçirilən cüdo üzrə Qran-Pri turnirinin qalibləri məlum olub. Apasport.az saytının məlumatına görə, yarışa 4 cüdoçu ilə qatılan Azərbaycan milli komandası “narıncılar” ölkəsində biabırçılıqla üzləşib.

Belə ki, tatamiyə çıxan yığmamızın üzvlərindən yalnız Elxan Rəcəbli (81 kq) ilk görüşnü qələbə ilə başa vurub. Lakin o da növbəti qarşılaşmasında məğlubiyyətlə üzləşib. Elmar Qasımov (100 kq), Emil Tahirov (+100 kq) və Kifayət Qasımovanın (57 kq) isə dübütü uğurlu alınmayıb və ilk görüşdəcə yarışı dayandırmaq məcburiyyətində qalıblar.