12:52 22-11-2011
news_image

2 qızıl, 1 gümüş, 1 bürünc

Böyük Britaniyanın paytaxtı Londonda keçirilən paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, XIV London Yay Paralimpiya Oyunlarına lisenziya xalları verən yarış Azərbaycan milli komandası üçün uğurlu olub.

Cudoçularımızdan ikiqat Paralimpiya çempionu İlham Zəkiyev (+100) bu dəfə də bütün rəqiblərini tatamiyə çıxmağa peşman edib və qızıl medallara sahib olub. Yığmamızın 66 kq çəki dərəcəsində çıxış edən üzvü - Bayram Mustafayev də komanda yoldaşından geri qalmayıb. Bütün rəqiblərinə gücünü göstərən həmyerlimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yalnız həlledici görüşdə uduzan Zakir Mislimov (100 kq) vətənə gümüş medalla qayıdacaq. Onunla eyni çəkidə ölkəmizi təmsil edən Kərim Sərdarov isə III yerlə kifayətlənib.