00:00 24-11-2011
news_image
1186
DÖYÜŞ NÖVLƏRİ

4 boksçumuz Londonda

Bu gündən etibarən Londonda Olimpiya oyunlarına test turnirlər start götürür. Apasport.az saytının xəbərinə görə, yarışlar idmanın 18 növü üzrə keçiriləcək.

Noyabrın 24-dən 27-dək dəri əlcək ustaları arasında London Boxing İnternational İnvitational turniri təşkil olunacaq. Kişilər 10, qadınlar isə 3 çəki dərəcəsində güclərini sınayacaqlar.

Təşkilatçıların tələblərinə əsasən, hər bir ölkə yarışa məhdud sayda boksçu ilə qatıla bilər. Bu səbəbdən Azərbaycanı Londonda 4 boksçu – Tural Əhmədov (52 kq), İsmət Eynullayev (64 kq), Vətən Hüseynli (81 kq) və Kamran Mehdiyev (91 kq) təmsil edəcək.
Qeyd edək ki, Tural Əhmədov bu il Bakıda keçirilmiş “Böyük İpək Yolu” turnirinin qalibidir. Əhmədov 2011-ci ildə gənclər arasında qitə birinciliyində də iştirak edib. Vətən Hüseynli isə bu il həm “Böyük İpək Yolu” turnirində, həm də Azərbaycan çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Boks üzrə digər komandamız isə noyabrın 24-dən 28-ə kimi həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş neft ölkələrinin dünya kuboku turnirində mübarizə aparacaq.