22:35 24-11-2011
news_image
889
STOLÜSTÜ OYUNLAR

Həmyerlimiz qitə çempionu ilə bir klubda

Azərbaycanın kişi şahmat yığmasının üzvü, yaxınlarda Yunanıstanda keçirilən klublararası Avropa çempionatını ikinci yerdə başa vuran Vüqar Həşimovu qarşıda daha bir yarış gözləyir. Apasport.az saytının xəbərinə görə, qrossmeyster bu dəfə "Goleqio Markote-EIKM" klubunun heyətində İspaniyanın klublararası çempionatında iştirak edəcək.

Vüqarla yanaşı, həmin klubda sonuncu Avropa çempionatında birinci olan Almaniya yığmasının üzvü Arkadi Naydiç, eləcə də Fransisko Valyexo, Baadur Cobava, Ernesto İnarkiyev və İvan Salqado kimi tanınmış qrossmeysterlər adıçəkilən klubun şərəfini qoruyacaqlar.