00:14 25-11-2011
news_image
856
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov üçün 20 min avroluq stimul

Azərbaycan yığmasının üzvü, klublararası AÇ-2011-də şəxsi göstəricisinə görə qızıl medal qazanan Şəhriyar Məmmədyarov dekabrın 28-də San-Sebastyanda startı veriləcək ənənəvi beynəlxalq turnirə dəvət edilib. Apasport.az xəbər verir ki, mükafat fondu 80000 avro və reytinq-favoriti ukraynalı qrossmeyster Ruslan Ponomaryov olan İspaniya turnirində Şəhriyarla yanaşı, Arkadi Naydiç, Lenyer Dominges, Maksim Vaşe-Laqrav, Viktor Lazniçka, Rüstəm Kasımcanov, Andrey Volokitin, Lyuk van Veli və bu kimi başqa şahmatçılar da mübarizə aparacaq. Reqlamentə görə, turnirin qalibi 20000 avroya sahib çıxacaq.