14:07 25-11-2011
news_image
765
DİGƏR NÖVLƏR

Hindistan London-2012-ni boykot etmək istəyir

Hindistan Milli Olimpiya Komitəsi 2012-ci ildə Londonda keçirəcək Yay Olimpiya Oyunlarını boykot etmək niyyətindədir. Apasport.az saytının məlumatına görə, qurumun bir neçə sabiq və indiki üzvləri idmançılara müraciət edərək, Böyük Britaniyaya getməməyə çağırıblar. Buna səbəb yarışın Təşkilat Komitəsinin “Union Carbide” şirkətinə sahib olan “Dow Chemicals”la sponsor müqaviləsinin imzalanmasıdır.

Məsələ ondadır ki, “Union Carbide”nin Hindistanın Bhopal şəhərindəki zavodunda qəza baş veribmiş. 1984-cü ilin dekabrındakı bu hadisədən ətrafa yayılan 42 ton zəhərli maddə 18 min adamın ölümü ilə nəticələnmişdi. Bunların 3 mini elə qəza günü həlak olmuşdu. Hindistanlılar da belə bir şirkətin Olimpiya Oyunları ilə tərəfdaşlığına qarşı çıxırlar.