11:01 26-11-2011
news_image
2244
DİGƏR NÖVLƏR

Latviyalı idmançı rəsmən Azərbaycan yığmasında!

Azərbaycan Qış İdman Növləri Federasiyası milli komandamıza yeni legioner cəlb edib. Apasport.az saytının məlumatına görə, bundan sonra latviyalı skeletonçu Undine Vitola yığmamızın şərəfini qoruyacaq.

Belə ki, Latviya Bobsley Federasiyası 22 yaşlı idmançının Azərbaycanın şərəfini qorumağa rəsmi icazə verib. Düzdür, Latviya Olimpiya İttifaqında Vitolanın komandasını dəyişməyi haqqında heç bir məlumat yoxdur. Lakin artıq Vitola dünən Almaniyada start götürən Avropa Kubokuna ölkəmizin təmsilçisi kimi qatılıb və 15-ci yeri tutub.

Nəticədə latviyalı legioner Azərbaycanın idman tarixinə düşüb. Çünki Vitola ölkəmizdə ilk və hələlik yeganə skeleton təmsilçisi olub.

Qeyd edək ki, 22 yaşlı idmançı Latviya milli komandasında 2006-cı ildən çıxış etməyə başlayıb və ən yaxşı nəticəsi Avropa Kubokunun mərhələ yarışında 4-cü yer olub.