09:58 28-11-2011
news_image

Boksçularımız Surqutda 2 qızıl, 2 gümüş medal qazandılar

Rusiyanın Surqut şəhərində Fərman Salmanovun xatirəsinə həsr olunmuş Neft Ölkələrinin Dünya Kuboku turniri yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan boksçuları yarışı 2 qızıl və 2 gümüş medalla başa vurublar.

Kişilərin turnirində Cavid Çələbiyev (52 kq) və Məhəmməd Abdulhəmidov (56 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Çələbiyev həlledici görüşdə Rusiya nümayəndəsi Semyon Stepanovu məğlub edib – 20:16. Abdulhəmidov isə final qarşılaşmasında Xantı-Mansiysk Muxtar Vilayətinin komandasını təmsil edən Nurəli Əliyev üzərində qələbə qazanıb. Boksçumuzun 12 zərbəsinə rəqib yalnız 6 zərbə ilə cavab verə bilib.

Qadınların yarışında isə 2 boksçumuz gümüş medala layiq görülüb. 60 kq çəki dərəcəsində mübarizə aparan Ayzanat Hacıyeva yalnız finalda rusiyalı dünya və Avropa çempionu Sofiya Oçiqavaya uduzub. Yelena Vıstropova (75 kq) qızıl medal uğrunda görüşdə Nadejda Torlopovayla (Rusiya) üz-üzə gəlib. Döyüş 10:10 hesabı ilə başa çatsa da, hakimlər qələbəni Torlopovaya veriblər.