10:50 30-11-2011
news_image

“Baku Fires”in heyəti açıqlandı

Dekabrın 2-də Ümumdünya Boks Seriyasında (WSB) III turun qarşılaşmaları keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Baku Fires” Parisin “Pyer de Kuberten” İdman Sarayında yerli “Paris United”lə döyüşəcək. Bakı vaxtı ilə saat 00:00-da başlayacaq görüş üçün artıq hər 2 klub heyətini açıqlayıb.

“Baku Fires” noyabrın 18-də “İstanbul Bosphorus”la keçirilən görüşlə müqayisədə heyətində 2 dəyişiklik edib. Semyon Qrivaçyovun yerini Mədadi Naqzibəyov tutacaq, Məhəmməd Nurudzinovu isə Heybulla Mürsəlov əvəzləyəcək. Naqzibəyovla Mürsəlov 1-ci turda qələbə qazanıblar.

Digər 3 boksçumuzun aktivində 2 qələbə var. Qairbek Qermaxanov və Azamat Murtuzəliyev İstanbulda rəqiblərini məğlub ediblər, Hacı Murtuzəliyev isə uduzub.

“Paris United”in heyətində bu ilin Avropa çempionatının bürünc mükafatçısı Aleksandr Rıskan, WSB-nın ötənilki mövsümündə 6 döyüşdə 5 qələbə qazanan Mişel Tavares və 2010-cu ildə gənclər arasında dünya çempionu titulunu qazanan Filip Xrqoviçi fərqləndirmək olar.

Paris United - Baku Fires
54 kq. Aleksandr Rıskan (Moldova) – Qairbek Qermaxanov (Azərbaycan)
61 kq. Lyubomir Maryanoviç (Serbiya) – Mədadi Naqzibəyov (Tacikistan)
73 kq. Mişel Tavares (Fransa) – Heybulla Mürsəlov (Azərbaycan)
85 kq. Jorj Mayer (Fransa) – Azamat Murtuzəliyev (Azərbaycan)
+91 kq. Filip Xrqoviç (Xorvatiya) - Hacı Murtuzəliyev (Azərbaycan)

Qeyd edək ki, noyabrın 29-da Parisə yollanan “Baku Fires” 2
turdan sonra 6 xal toplayıb və B qrupunda 2-ci yerdədir. “Paris United” 3 xalla 4-cü pillədədir.

Turnir cədvəli:
1. Leipzig Leopards – 6 xal, döyüşlərin fərqi - 9-1
2. Baku Fires – 6, 8-2
3. Mexico City Guerreros – 3, 5-4
4. Paris United – 3, 3-6
5. Istanbul Bosphorus – 2, 4-6
6. Beijing Dragons – 0, 0-10