11:08 01-12-2011
news_image
1206
DÖYÜŞ NÖVLƏRİ

“Bizim qrupda vəziyyət çətin mübarizə vəd edir” - MÜSAHİBƏ

“Baku Fires” boks klubunun baş meneceri Rizvan Gənciyev klubun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, mütəxəssis komandanın keçirdiyi döyüşlər və növbəti turlar barədə ətraflı məlumat verib.

- “Baku Fires”in yeni mövsümdə 2 görüşü arxada qalıb. Bu matçlarda komanda sizdə hansı təəssüratları oyatdı?
- “Wuxi Dragons” və “İstanbul Bosphorus” komandaları ilə qarşılaşmalarda boksçularımız kifayət qədər yaxşı çıxış etdilər. Sevindirici haldır ki, hər 2 görüşdə qalib gəldik. Komandamızın nəzərə çarpacaq dərəcədə yeniləndiyini nəzərə alsaq, bu çox yaxşı nəticədir. Türkiyə komandası üzərində səfərdə qazanılan qələbə xüsusilə qeyd olunmalıdır. Axı evdə “doğma divarlar” amili komandaya kömək edir. Fikrimcə, “Baku Fires”ın boksçuları matçdan-matça artıracaqlar.

- Dekabrın 2-də “Baku Fires”ı ötən mövsüm yarımfinalda məğlub olduğumuz fransız komandası “Paris United”lə prinsipial görüş gözləyir. Bu döyüşdən nə gözləyirsiniz?
- Çox istəyirik ki, Fransada qalib gələk. “Paris United” çox güclü klubdur, azarkeşlərinin əhatəsində fransızlara qalib gəlmək çox çətindir. Lakin biz uğur qazanmağa çalışacağıq. Parisə qələbə üçün gəlmişik.

- “Baku Fires” və “Leipzig Leopards” (Almaniya) komandalarının yüzfaizlik nəticə göstərdiyi B qrupunda vəziyyəti ümumilikdə necə qiymətləndirərdiniz?
- Açığını desəm, “Leipzig Leopards” bizim üçün müəmmalı komandadır. Biz onları iş başında hələ görməmişik. Lakin almanların startda qazandıqları 2 qələbə çox şeydən xəbər verir. “Mexico City Guerreros” komandası da çox güclüdür. Latın amerikalı boksçular II turda fransızlar üzərində boş yerə inamlı qələbə qazanmayıblar. Odur ki, bizim qrupumuzda vəziyyət çətin mübarizə vəd edir.

- Dekabrın 20-dən yanvarın 1-dək WSB-də “transfer pəncərəsi” açıq olacaq. “Baku Fires” güclənməyi planlaşdırırmı?
- Bəli. Bizim sıralarımıza çox güman ki, azərbaycanlı boksçularla yanaşı, xarici boksçular da dəvət ediləcək. Yerli idmançıları dekabrda keçiriləcək Azərbaycan çempionatı zamanı izləyəcəyik. Legionerlər gəldikdə isə, onlar da bizə lazımdırlar. Çünki WSB-nin əsasnaməsi bunu tələb edir. Hər matçda ən azı bir legioner iştirak etməlidir. Bundan əlavə, əgər komandada boksçuların ümumi sayı artırsa, o zaman xaricilərin də sayı artmalıdır.

- Hansı ölkələrin legionerləri ilə danışıqlar aparırsınız?
- Postsovet məkanı ölkələrdən olan boksçularla.