14:08 02-12-2011
news_image
830
DİGƏR NÖVLƏR

Aşumova və Meftahətdinova yerlərində sayırlar

Beynəlxalq Atıcılıq Federasiyası dekabr ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yığmalarımızın aparıcı snayperləri yeni siyahıda mövqelərini qorumağı bacarıblar.

Belə ki, London-2012-yə lisenziya qazanmış İradə Aşumova çıxış etdiyi 10 və 25 m məsafələrə atəş açmaqda yenə də müvafiq olaraq, 33-cü və 59-cu pillələrdə yer alıb. Ruslan Lunyov da bşa məşqçisini məyus etməyib. O, ötən ay olduğu kimi yenə 54-cüdür (10 m).

Hər 2 atıcı ilə müqayisədə Nigar Bağırova mövqeyini yaxşılaşdırmağı bacarıb. Avropa çempionumuz 10 m məsafəyə atəş açmaqda 6, 25 m-dən hədəfi nişan almaqda isə 2 pillə irəliləyib. Gənc idmançımız hazırda müvafiq olaraq, 115 və 81-ci yerləri tutur.

Stend atıcılarımızdan Olimpiya çempionumuz Zemfira Meftahətdinova 18-ci, Emin Cəfərov 41-ci yeri heç kimə güzəştə getməyiblər. Hafiz Cəfərovun yetirmələrindən Nurlana Cəfərova və Regina Meftahətdinova isə hərəyə 1 pillə geriləyiblər. Bu snayperlər son siyahıda müvafiq olaraq, 32 və 71-ci yerlərə eniblər.