10:11 06-12-2011
news_image

Yığmamızın “Böyük Dəbilqə” üçün heyəti açıqlandı

Dekabrın 9-11-də Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə keçiriləcək “Böyük Dəbilqə”də iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xalı verəcək yarışda ölkəmizin idman şərəfini 8 cüdoçu qoruyacaq.

Belə ki, Tokioda baş məşqçi Ağayar Axundzadə İlqar Müşkiyev, Vüqar Şirinli (hər ikisi 60 kq), Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Elxan Rəcəbli (81 kq), Elxan Məmmədov (90 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubovaya (63 kq) şans verəcək.

Əsas heyətdən səfərə yalnız Olimpiya çempionumuz Elnur Məmmədli (81 kq) getməyəcək ki, o da yanvarda Almatıda baş tutacaq “World Masters”də qüvvəsini sınayacaq.

Qeyd edək ki, “Böyük Dəbilqə”nin qalibi 300 lisenziya xalı qazanacaq.