14:47 06-12-2011
news_image
687
DİGƏR NÖVLƏR

“Bitlz”in üzvləri oxuyacaq, yığmamız qulaq asacaq

2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarının açılış mərasiminin ilkin detallarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının da iştirak edəcəyi Olimpiadanı Pol Makkartni və Rinqo Starr üzvləri olduqları məşhur “Bitlz” qrupunun tanınmış hittləri ilə açacaqlar. Bu mərasimi iyulun 27-də olacaq.

69 yaşlı Makkartninin özü də bu layihədən heyrətə gəlib. Onun sözlərinə görə, belə çıxış Olimpiya Oyunlarının açılışı üçün gözəl proloq olacaq. Bununla da əfsanəvi müğənnini dünyanın hər yerindən milyonlarla insanlar görüb dinləyə biləcəklər.

Qeyd edək ki, Starrın isə 71 yaşı var və o, “Bitlz”dən başqa qruplarda da çıxış edib.