17:41 06-12-2011
news_image

Güləşçilərimiz Londonda sınaq yarışlarında iştirak edəcəklər

7-11 dekabr 2011-ci il tarixdə Londonda Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə FİLA Hakimlər Kollegiyasının iclası və test yarışları keçiriləcək. Apasport.az saytının xəbərinə görə, Hakimlər Kollegiyasının iclasında ölkəmizi Azərbaycan Güləş Federasiyasının baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərov və olimpiya dərəcəli hakim Hicran Şərifov təmsil edəcək.

Sərbəst, yunan-Roma və qadın güləş növləri üzrə keçiriləcək test yarışlarında 8 idmançımız mübarizə aparacaq.

Qadın güləşi üzrə yığma komandanın baş məşqçisi Rövşən Umudovun rəhbərliyi altında Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (55 kq), sərbəst güləş yığmasının baş məşçisi Saypulla Absaidovun rəhbərliyi altında Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq) və Şərif Şərifov (84 kq), yunan-Roma güləşi yığmasının məşqçisi Mutaalib Yerlikayanın başçılığı altında isə Rövşən Bayramov (55 kq), Həsən Əliyev (60 kq) və Saman Təhmasibi (84 kq) ölkəmizi təmsil edəcək.