11:08 08-12-2011
news_image

“Böyük Dəbilqə”də rəqiblərimiz bəlli oldu

Dekabrın 9-11-də Yaponiyanın paytaxtı Tokioda keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatması keçirilib. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xalı verəcək yarışda Azərbaycan cüdoçularının rəqiblərinin adlarına aydınlıq gəlib.

Turnirə 8 idmançı ilə qatılacaq komandamızın heyətində Kifayət Qasımova, Elxan Rəcəbli və Ramilə Yusubova ilk döyüşdən azaddırlar.

60 kq
İlqar Müşkiyev – Artyom Arşanski (İsrail)
Vüqar Şirinli – Tumurxuleq Davadorj (Monqolustan)

66 kq
Tərlan Kərimov – Min Xo Çoi (Koreya)

73 kq
Rüstəm Orucov – Odbayar Qanbatar (Monqolustan)

81 kq
Elxan Rəcəbli – Yaroslav Şzepanyak (Polşa) – Artyom Vasilenko (Ukrayna) cütünün qalibi

90 kq
Elxan Məmmədov – Dieqo Rozati (Argentina)

57 kq
Kifayət Qasımova – İrina Zabludina (Rusiya) – İzabel Fernandes (İspaniya)

63 kq
Ramilə Yusubova – Alis Şlezinger (İsrail) – Tatyana Kazenyuk (Rusiya)

Qeyd edək ki, yarışın qalibi 300 lisenziya xalına sahib olacaq.