21:00 08-12-2011
news_image
1043
STOLÜSTÜ OYUNLAR

Şahmatçılarımız ən güclülərin siyahısından çıxarıldı

Dünyanın ən yaxşı şahmatçısının adı müəyyənləşib. Apasport.az-ın məlumatına görə, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) açıqladığı son siyahıda olduğu kimi, Rusiyanın məşhur chess-news.ru saytının sorğusuna əsasən də norveçli Maqnus Karlsen (2826) bütün rəqiblərindən güclüdür.

Səsvermədə iştirak edən 500 nəfərdən artıq respondentindən 320-si (60,95%) onu ən güclü sayır. İkinci yeri Levon Aronyan (2802) tutub. O, 118 nəfərin (22,48%) iddiasına görə birinci yerə layiqdir. Növbəti 2 yerdə isə 2811 reytinq xalı olan Vişvanatan Anand (34 nəfər, 6,48%) və 2800 xala malik Vladimir Kramnik (18 nəfər, 3,43%) qərarlaşıb.

Həmyerlilərimizin yer almadığı siyahıda respondentlərin cəmi 35 nəfəri (6,67%) bu 4 nəfəri dünyanın ən güclüsü saymır.

Qeyd edək ki, FİDE-nin son açıqladığı siyahıda Teymur Rəcəbov (2781) 5-ci, Vüqar Həşimov (2757) 11-ci və Şəhriyar Məmmədyarov (2733) 18-ci pillədədirlər.