17:12 08-12-2011
news_image
730
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov üçün yeni ildə yeni yarış

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun 2012-ci ildə qatılacağı yarışlardan daha biri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz yanvarın 23-dən fevralın 2-dək Qibraltarda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

“Caleta Hotel”də baş tutacaq yarışda artıq Məmmədyarovla yanaşı, 25 güclü qrossmeyster iştirakını təsdiqləyib. Onlar arasında Petr Svedler, Maykl Admas, Le Kuanq Lyem, Maksim Vaşye-Laqrav, Aleksey Şirov və Zoltan Almaşi kimi məşhurlar da var. Mükafat fondu 155 min funt-sterlinq olan yarışın son qalibi Vasili İvançukdur.