00:00 10-12-2011
news_image
1135
DÖYÜŞ NÖVLƏRİ

“5:0 hesabı ilə qalib gəlmək istəyirik”

“Sərhədçi” Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 4-cü turunun bu gün “Baku Fires” (Azərbaycan) və “Leipzig Leopards” (Almaniya) komandaları arasında keçiriləcək döyüşünə həsr olunmuş çəki mərasimi və mətbuat konfransı keçirilib. Apasport.az saytının xəbərinə görə, çəki mərasimindən sonra “Baku Fires”in baş məşqçisi Həmzət Ağayev, “leopardların” nümayəndəsi Mixael Qraçev, alman klubunun baş məşqçisi Vladimir Pletnev və WSB-nin supervayzeri Adam Kusior mətbuat konfransında iştirak ediblər.

“İstəyirəm tamaşaçılar maraqlı döyüşlər görsünlər, - deyə, Həmzət Ağayev bəyan edib. – Leipzig Leopards çox güclü komandadır. Lakin ümid edirəm həmişəki kimi qələbə bizim olacaq. Rəqibimiz ciddi olsa da, 5:0 hesabı ilə qalib gəlmək istərdik.

Düşünmürəm ki, yorğunluqla bağlı Məhəmməd Əbdülhəmidovun problemləri olsun. Bəli, bir müddət əvvəl o Surqutda çıxış edib, lakin indi qaydasındadır. Bu belə olmasaydı, biz Maqomedi bu döyüşə buraxmazdıq.

Əlbəttə, beş döyüş arasında Ramazan Maqomedov və 2008-ci ilin Olimpiadasının gümüş mükafatçısı Kennet İqan arasında döyüş daha çox fərqlənir. Onlar kifayət qədər titullu boksçulardır və onların arasında gərgin mübarizə gözlənilir. Lakin digər döyüşlər də gərgin olacaqlarını vəd edirlər”.

Alman klubunun baş məşqçisi Vladimir Pletnev hər iki komandaya uğurlar arzulayıb: “Qoy, güclü qalib gəlsin. Həmkarımın bəyanatını cavablandırmayacağam. Mənim əvəzimə boksçularımız cavab verəcəklər. Sabah onlar öz sözlərini deyəcəklər. Bununla yanaşı, başa düşürük ki, bizi yüksək dərəcəli boksçulara malik çox güclü rəqib gözləyir. “Baku Fires” güclü komanda olsa da, biz qələbəyə ümid edirik”.

Xatırladaq ki, matç 10 dekabr tarixində saat 19:00-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək.