17:45 12-12-2011
news_image
1105
DÖYÜŞ NÖVLƏRİ

Ən güclülər “ABU-Arena”da müəyyənləşəcək

Dekabr 16-18-də taekvondo üzrə növbəti Azərbaycan çempionatı keçiriləcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, tarixlərində “ABU-Arena” idman kompleksində baş tutacaq yarışın birinci günündə böyüklər, növbəti günlərdə isə gənc taekvondoçular mübarizə aparacaq.
Ölkə çempionatında paytaxt da daxil olmaqla, respublikanın bütün regionlarından idmançılar təmsil olunacaq. Nəticələr elektron gödəkcələr vasitəsilə təyin ediləcək. İlk üç yeri tutan taekvondoçular ATF tərəfindən müvafiq diplom, medal və mükafatlarla təltif ediləcək.
Qeyd edək ki, idmançılar bütün çəki dərəcələrində qüvvələrini sınayacaq.