17:51 12-12-2011
news_image

Boksçularımız Ukraynadan 6 medalla qayıdırlar

Ukraynanın Aryomovsk şəhərində yeniyetmələr arasında boks üzrə “Dost ölkələrin kuboku” yarışına yekun vurulub. Apasport.az saytının məlumatına görə, turnirə milli komandanın məşqçisi Təvəkkül Məmmədovun rəhbərliyi altında yollanmış Azərbaycan milli komandası 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub.
Boksçularımızdan Araz Gülməmmədov (50 kq) və Məsud Yusifzadə (52 kq) bütün görüşlərdə qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elnur Şəfizadə (48 kq) və Nurlan Nağıyev (57 kq) yalnız finalda uduzaraq, 2-ci yerə layiq görülüblər. Şamil İbrahimov (54 kq) və Rövşən Musayev (63 kq) 3-cü yerlə kifayətləniblər.
Qeyd edək ki, yarışda Anar Nağıyev ölkəmizi hakim kimi təmsil edib.