20:38 12-12-2011
news_image
1292
DÖYÜŞ NÖVLƏRİ

Olimpiya çempionumuz əməliyyat olundu

2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi cüdoçu Elnur Məmmədli (81 kq) əməliyyat olunub. Apasport.az saytının məlumatına görə, London olimpiadasına vəsiqəni böyük ölçüdə təmin edən Məmmədli çoxdan nəzərdə tutduğu işi həyata keçirib.

Məşhur idmançı burun nahiyəsindən əməliyyat olunub. O, artıq əti götüzdürüb. Həmin artıq ətin Elnurun tam güclə məşq etməsinə mane olurdu.

Qeyd edək ki, Elnur Məmmədli məhz bu səbəbdən Yaponiyanın paytaxtı Tokioda keçirilən “Böyük Dəbilqə” yarışına qatılmayıb.